A

Ramazan bayramı ərəfəsində UNEC-in əməkdaşları tələbələrlə birlikdə “Təmiz Dünya“ ictimai birliyi nəzdində Qadın və Uşaq Sığınacağında qonaq olublar.

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov sığınacaqdakı vəziyyətlə tanış olaraq, sosial işin əhali rifahının təmin olunmasında rolundan və əhəmiyyətindən bəhs edib.

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova sığınacağa üz tutan həmvətənlərimizə diqqət göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib. Dosent Fəridə Qurbanova burada yaşayan sakinlərə həssas münasibətin vacibliyini vurğulayıb.

Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova bildirib ki, sığınacaqda zorakılığa məruz qalmış qadınlar, valideyn himayəsindən məhrum olan uşaqlar məskunlaşıb. M.Zeynalova sığınacağın 2006-cı ildən fəaliyyət göstərdiyini, burada göstərilən qayğıdan, diqqətdən danışaraq, hər bir sakinə fərdi yanaşmanın olduğunu vurğulayıb.

Daha sonra mövzu ilə bağlı maraqlı müzakirələr aparılıb və gələcəkdə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay