A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində aparılan tədris prosesində magistrantlara nəzəri biliklərin verilməsi ilə yanaşı həmin biliklərin praktiki tətbiqi bacarıqlarının da  aşılanmasına xüsusi diqqət yetirilir.

Real həyatda baş verən iqtisadi proseslərlə tanışlıq, mütəxəssislərin iş proseslərində qarşılaşdığı nəzəri və praktiki xarakterli məsələlərin birgə müzakirəsi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar yaradır.  Təhsil və iş dünyası arasında əlaqələrin gücləndirilməsi, tədris edilən nəzəri-metodoloji biliklərin praktiki əhəmiyyətinin magistrantlar tərəfindən daha yaxşı dərk edilməsi məqsədilə BMDM-in direktoru dos.Fariz Əhmədovun rəhbərliyi ilə “Qonaq spiker” həftəsinə start verildi. Dövlət qurumları və özəl sektorda çalışan, elmi-pedaqoji iş təcrübəsinə malik olan peşəkar mütəxəsislərin tədris prosesində iştirakına başlandı.

“İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi Suqra Hümbətovanın tədris etdiyi “İnvestisiya layihələrinin qiymətləndirilməsi” fənni üzrə “İnvestisiya layihələrinin maliyyələşdirilməsi mənbələri və kapitalın qiyməti” mövzusunda birgə mühazirənin praktiki məsələləri “Paşa Həyat Sığorta” ASC “Risklərin idarə edilməsi” departamenti “Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi” şöbəsinin müdiri İmran Abdullayev və “Strategiya və investisiyalar” departamenti “İnvestisiya” şöbəsinin müdiri Seymur İbadov tərəfindən magistrantlarla müzakirə olundu. Ekspertlər investisiya layihəsinin reallaşdırılmasında maliyyələşmənin rolu, onun formaları və mənbələri, bank kreditləşməsi üsulunun riskli tərəfləri ilə bağlı dünya təcrübəsindən praktiki misallar göstərdilər. Dərs zamanı mövzu ətrafında magistrantları maraqlandıran suallar cavablandırıldı və gələcəkdə investisiya fəaliyyətinin həyata keçirilməsi istiqamətində müəyyən tövsiyyələr olundu. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay