A

report.az

“Bu ilin ilk 5 ayının iqtisadi nəticələri göstərir ki, vergi sistemində aparılan islahatlar müsbət nəticə verir”.

“Report” xəbər verir ki, bunu iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev bildirib.

“Belə ki, 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox, yəni 3 138milyon manat olub. Halbuki, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklər çərçivəsində 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 2017-ci ilə nisbətən 3 dəfə, 2019-cu ilin ilk 5 ayında isə 2018-ci ilin eyni dövrünə nisbətən 4 dəfə azaldılıb. Yoxlamaların azaldığı şəraitdə vergi daxilolmalarının artması aparılan islahatların müsbət nəticəsi kimi qəbul edilə bilər”, - o qeyd edib.

Bundan başqa, G.Musayevin sözlərinə görə, bu ilin yanvar-may aylarında Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 95 mindən çox artım olub: “Bu göstərici bütövlükdə 2019-cu il üçün nəzərdə tutulan nəticənin ötən 5 ayda reallaşdığını göstərir, ilin sonuna qədər əmək müqavilələrinin sayında nəzərdə tutulandan azı 2 dəfə çox artımın olacağını deməyə əsas verir.

Bu müqavilələrin 70%-nin özəl sektorun payına düşməsi isə vergi qanununda birbaşa bu sahə ilə bağlı edilən dəyişikliklərlə əlaqədardır. Bu eyni zamanda Azərbaycanda sahibkarların dövlətin təşkil etdiyi güzəştlərdən yararlandığını, öz öhdələrinə düşən addımları atdıqlarını göstərir.

Digər tərəfdən, əmək müqavilələrinin sayındakı artım 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsaitin daxil olmasına imkan yaradıb ki, bu da proqnozdan 130 milyon manat çoxdur”.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay