A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və “Şahmat Klubu”nun təşəbbüsü ilə universitetin 95 illik yubileyi və “28 May – Müstəqillik Günü” münasibətilə tələbələrarası şahmat yarışı keçirilib.

Turnirin məqsədi tələbələr arasında şahmata marağın artırılması, bu intellektual oyunun təşviqi və potensiallı şahmatçı tələbələrin üzə çıxarılması olub. Yarış tələbələrə məntiqi düşüncə, strateji planlaşdırma və sosiallaşma baxımından faydalı platforma yaradıb.

20 tələbənin iştirak etdiyi turnirdə nəticələr belə olub:

  • I yer – Mətləb Fərəməzov (Biznes və Menecment fakültəsi, II kurs)
  • II yer – Cəbrayıl Zərbəliyev (Rəqəmsal İqtisadiyyat fakültəsi, II kurs)
  • III yer – Orxan Kərimli (“SABAH” mərkəzi, III kurs)

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR