Radio UNEC-in sevilən layihələrindən biri olan “Hərbi saat” verilişinin növbəti buraxılışı efirdə yayımlanıb.
Bu dəfəki verilişdə hərbçilərin daxili dünyası, onların qarşılaşdıqları çətinliklər və hərbi sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Verilişdə vurğulanıb ki, tək bir ölkənin hərbi təhlükəsizliyi qlobal əməkdaşlıq olmadan səmərəli şəkildə təmin oluna bilməz. “Tək əldən səs çıxmaz” kəlamına istinad edilərək hərbi alyansların və əməkdaşlıq platformalarının qurulmasının müasir dövr üçün nə qədər vacib olduğu qeyd olunub.
Maraqlı müzakirələrlə yadda qalan proqramın aparıcısı İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəbnəm Sadıqova olub.