Azərbaycan Beynəlxalq Bankı (ABB), iş təcrübəsi olmayan gənclər üçün tələbə və yeni məzun olmuş şəxsləri" ABB Rəqəmsal Maarifləndirmə" təcrübə proqramına qoşulmağa dəvət edir.
Proqramın müddəti 3-6 aya qədərdir. Təcrübə müddətində Filiallarla iş və satışa dəstək departamenti ilə İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən müxtəlif təlimlər təşkil olunacaq.
Təcrübənin sonunda iştirakçılara 2 sertifikat və 1 tövsiyə məktubu həmçinin, gənclərin CV-ləri ABB-nin məlumat bazasında saxlanılacaq və aktiv vakansiyalar mövcud olduğu zaman onların müraciətləri dəyərləndiriləcək.
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər CV-lərini 30- noyabra qədər aşağıdakı LİNKƏ keçid etməklə göndərə bilərlər: