UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli Latviya Respublikasına səfərləri çərçivəsində Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetində (LBTU) olublar.
UNEC nümayəndələri LBTU-nun elm üzrə prorektoru professor Gatis Vitols, universitetin sabiq rektoru professor İrina Pilvere, Beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru Martins Sabovics və Beynəlxalq əməkdaşlıq ofisinin baş mütəxəssisi Viktorija Kristopane ilə elm və təhsil sahəsində əməkdaşlıq, eləcə də hər iki universitet arasında mübadilə və ikili diplom proqramlarının yaradılması ilə bağlı müzakirələr aparıblar.
Görüşün ikinci hissəsində UNEC əməkdaşları LBTU-nun elmi laboratoriyaları və tələbələrin laboratoriya dərs prosesləri ilə yaxından tanış olublar.