A

19-20 dekabr tarixlərində keçiriləcək Karyera Yarmarkası onlayn platforma üzərindən təşkil olunacaq.

Yarmarka çərçivəsində şirkətlər virtual stendlər vasitəsilə vakansiya və təcrübə proqramlarını UNEC-in tələbə və məzunlarına təqdim edəcəklər. İştirakçılar bu stendlərlə tanış olub, şirkətlər haqqında ətraflı məlumat əldə edə, birbaşa nümayəndələrlə ünsiyyət qura biləcəklər. Eyni zamanda, platforma üzərindən  CV-lərini göndərərək, seçdikləri vakansiya və təcrübə proqramlarına asanlıqla müraciət edə biləcəklər.

UNEC-in sonuncu kurs tələbələri və məzunları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək yarmarkada iştirak edə bilərlər. Nüfuzlu şirkətlərin vakansiya və təcrübə proqramlarına onlayn müraciət edərək karyera imkanlarınızı genişləndirmək fürsətini qaçırmayın!

QEYDİYYAT

Əlavə məlumat üçün: 012 492 59 03 (daxili 1132)

TOP XƏBƏRLƏR