“Bafco İnvest” MMC şirkəti Ödənişli Təcrübə Proqramını açıq elan edir.
Layihə İstehsalat sahəsinə marağı olan gənclərə təcrübə proqramında iştirak edərək ixtisası üzrə bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməyə, istehsal sahəsi üzrə biliklərini artırmağa, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə bu istiqamətdə karyera qurmağa imkanlar yaradır.
Təcrübə keçiriləcək istiqamətlər:
- Maliyyə və mühasibatlıq
- İnsan Resurslarının idarəedilməsi
- Marketinq və ictimayətlə əlaqələr
- Satınalma və təchizatın təşkili
- İstehsalatın qurulması
Təcrübəçinin əldə edəcəkləri:
- Təcrübəçilər təcrübə müddətində (aylıq 200 AZN) kompensassiya xarakterli ödənişlə təmin olunacaqlar.
- Təcrübə müddətində fəaliyyət göstərdikləri sahə ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər
- Təcrübə müddətinin sonunda sertifikat və tövsiyyə məktubu təqdim olunacaqdır.
Proqramın şərtləri:
- Təcrübə proqramının iş qarfiki həftə içi 5 gün, saat 09:00-18:00 olmaqla nəzərdə tutulur.
- Nahar fasiləsi 1 saatdır (13:00-14:00), şirkət tərəfindən nahar təmin olunması nəzərdə tutulmamışdır.
- Təcrübə proqramı 3 ay müddətində davam edəcək və tərəflərin razılığı əsasında 6 aya qədər uzadıla bilər.
- Fəaliyyət sahəsindən asılı olaraq vəzifə öhdəlikləri iş yerində yazılı və ya şifahi formada təcrübə rəhbəri tərəfindən təqdim olunacaqdır.
- Təcrübəçilərə işlə təmin olunma zəmanəti verilmir, lakin təcrübə bitən zaman namizədin sahəsinə uyğun boş vakant yer olarsa müəssisə tərəfindən işlə təmin oluna bilər.
Namizədə olan ilkin tələblər:
- Hazırda ali təhsilini davam etdirən sonuncu kurs tələbələri və ya son iki ildə ali təhsil müəssisəsindən məzun olanlar, magistr təhsili alanlar;
- Microsoft Ofis proqramlarında sərbəst işləməyi bilməli;
- Azərbaycan dili sərbəst, Rus və ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilməli;
- İstehsalat sahəsinə xüsusi marağı olmalı;
- Həvəsli, məsuliyyətli, çalışqan və dürüst olmalı;
- Araşdırma bacarıqları olmalı;
- Yaradıcı və analitik düşüncə, problem həll etmə bacarıqlarına sahib olmalı;
- Analitik zəka, müştərilərlə işləmək bacarığı;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Müraciət etdiyi sahə üzrə təməl biliklərə sahib olmalı;
Son müraciət tarixi: 31.01.2025-ci il
Ödənişli təcrübə proqramında iştirak etmək istəyən namizədlər öz CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu yerində seçilən istiqamət qeyd olunmalıdır.Daxil olmuş müraciətlər arasından seçilmiş uğurlu namizədlərlə 14.02.2025-ci il tarixindək əlaqə saxlanılacaqdır.