Bank Respublika "Smart Banking" 2 təcrübə proqramı elan edir.

  • “Smart Banking 2”adlı təcrübə proqramında iştirak etləklə biliklərinizi təkmilləşdirmək və praktiki təcrübə əldə etmək imkanı;
  • Bank tərəfindən təşkil olunan təlimlərdə iştirak etməklə yeni biliklərə yiyələnmək imkanı;
  • Təcrübəni uğurla bitirən namizədlərin işlə təmin olunması.

Təhsil:

  • Universitetin bakalavr 4-cü kurs və magistr tələbələri;
  • Bankçılıq, maliyyə, informasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Rəqəmsal bankçılıq və ya texnoloji həllər üzrə təhsil almaq üstünlük təşkil edir.

Texniki Bacarıqlar:

  • Excel biliklərinin olması;
  • Data analizi və proqramlaşdırma bacarıqları (Python, SQL və ya digər analitik alətlərdən istifadə üstünlük təşkil edir).

Kommunikasiya Bacarıqları:

  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Kritik düşüncə və məlumatları düzgün təhlil edərək qərar vermə bacarığı;
  • İnovativ həllər tapmaq və tətbiq etmək bacarığı;
  • Bankçılıq və rəqəmsal xidmətlər sahəsində təcrübə əldə etmək üçün həvəsli olmaq;
  • Yeni biliklərə və bacarıqlara açıq olmaq, daim inkişaf etmək istəyən namizədlər.

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər LİNKƏ keçid edərək 27.12.2024-cü il tarixinədək müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR