A

UNEC-in Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev və Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Afət Ələkbərova Rumıniya-Amerika Universitetində rəsmi səfərdə olublar.

Səfər çərçivəsində UNEC nümayəndələri Rumıniya-Amerika Universitetinin Tədqiqat, innovasiya və beynəlmilləlləşmə üzrə prorektoru professor Tudor Mihai Edu, Maliyyə və mühasibatlıq fakültəsinin dekanı Dimitru Mihai Nedelescu, Beynəlxalq Biznes Məktəbinin dekanı Ramona Nela Grigore və Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Justina Lavinia Stanıca ilə görüşüblər. Görüşdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqat və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi və beynəlmiləlləşmə istiqamətində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

TOP XƏBƏRLƏR