A

Məlumdur ki, Elsevier şirkəti müasir dövrün tələblərinə cavab verən AI proqramı olan ScopusAI süni intellekt aləti təsis edib.

ScopusAI generativ süni intellekt (GenAI) tərəfindən məlumatlandırılmış axtarış alətidir. Bu alət vasitəsilə yeni və trend olan tədqiqatları müəyyənləşdirmək mümkündür. O, son iki ildəki Scopus nüfuzlu elmi nəşr platformasında indekslənən sənədləri sürətlə skan edir və onları mövzulara görə qruplaşdırıb, təqdim edir.

Bu alət tədqiqatçılara mövzu üzrə araşdırma aparmağa, ədəbiyyat icmalını surətli şəkildə hazırlamağa, məqalə nəşri üçün jurnal axtarmağa, öz sahəsində mütəxəssisləri müəyyən etməyə, tədqiqatçılar və nəşrlər arasındakı əlaqə şəbəkəsini formalaşdırmağa və təkmil xülasələr əldə etməyə dəstək olur.

Ümumiyyətlə, ScopusAI tədqiqat işini daha rahat şəkildə aparmağa kömək olur. Belə ki, bu alətdən istifadə etmək üçün ilk olaraq, müəllif scopus.com səhifəsinə daxil olmalı və axtarış (Search) hissəsini klikləməlidir. Buradan ScopusAI hissəsinə klikləyərək, “What would you like to learn more about?” bölməsinə araşdırdığı mövzu başlığını daxil etməlidir. Nəticədə mövzu üzrə xülasə, ədəbiyyat siyahısı əldə etmək mümkündür.

Bu alət haqqında “Transforming research: An in-depth exploration of Scopus AI” https://webinars.elsevier.com/elsevier/Transforming-research-An-in-depth-exploration-of-Scopus-AI vebinara baxaraq geniş məlumat almaq mümkündür.

Bununla yanaşı, qeyd etməliyik ki, 17 dekabr 2024-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən UNEC-də “Scopus AI – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçirilib.

TOP XƏBƏRLƏR