BERC İnsan Kapitalı Mərkəzi Azərbaycan Fintex Assosiasiyası üçün 2024\2025-ci illər üçün layihələrin koordinasiyası və marketinq sahələrində təcrübə proqramı elan edir.
Təcrübə proqramının əhatə etdiyi istiqamətlər:
- Assosiasiyanın iştirak etdiyi layihələrdə koordinasiyanı təmin etmək;
- Üzv təşkilatlarla və Ekspert qrupu üzvləri ilə kommunikasiya;
- Görüş və tədbirlərin təşkil olunmasında iştirak;
- Assosiasiyanın fəaliyyəti haqqında məlumatların müxtəlif kanallar vasitəsilə paylaşılması.
Təcrübəçilərə dair tələblər:
- 3 və 4-cü kurs bakalavr tələbələri;
- Magistratura tələbələri;
- Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və əlaqəli ixtisaslar (bu ixtisaslardan olmayan, layihələrin idarə olunması sahəsi üzrə xüsusi marağı və bacarığı olan şəxslərin müraciətlərinə də baxıla bilər);
- Azərbaycan dilində yüksək səviyyədə danışıq və yazışma qabiliyyəti;
- İngilis və Rus dilləri – üstünlükdür.
Təlim və təcrübə proqramı haqqında məlumat:
- Təlim və təcrübə proqramı nəzəri təlim və 3 aylıq praktiki hissədən ibarətdir;
- Praktiki hissədə təcrübəçilər gündəlik 2 saatdan, aylıq 40 saatdan çox olmayaraq iştirak edir;
- Proqram müddətində fərqlənən tələbə təhsilinə paralel olaraq işlə təmin edilə bilər.
Bacarıq və səriştələr
- Ünsiyyət qabiliyyəti;
- Rəsmi yazışma bacarığı;
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Analitik təhlil qabiliyyəti;
- Sorğu keçirmək və məlumatları toplamaq bacarığı (maliyyə, bazar, iqtisadiyyat və s).
Qeyd olunan tələblərə uyğun gələn namizədlər 31 dekabra qədər CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına mövzu yerinə “təcrübə proqramı Azfina” yazaraq göndərə bilərlər.