A

UNEC Tələbə Elmi Cəmiyyəti və İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Rus İqtisad Məktəbinin direktor müavini, Əhalinin  Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri, Odlar Yurdu Universitetinin İqtisadiyyat, Biznes və Menecment İnstitutunun rəhbəri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun rəhbərliyi ilə "Dünya iqtisadiyyatının aktual problemləri və iqtisad elmi: Real baxış" mövzusunda “master-klass” olacaq.

Tədbirdə fəal iştirak edən 4 tələbəyə kitab hədiyyə ediləcək.

Tədbir 12 may, saat 16:00 da UNEC-in əsas tədris mərkəzində, Heydər Əliyevin iqtisadi irsinin öyrənilməsi mərkəzində (otaq 305) keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay