Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə 2–3 oktyabr 2025-ci il tarixlərində “İnklüziv Ali Təhsil: Akademik Mobillik və Beynəlxalq Təhsilin Əlçatanlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfrans aşağıdakı istiqamətləri əhatə edir:
I. Elm və təhsildə inklüzivlik strategiyaları.
1. İnklüziv ali təhsildə qlobal trendlər.
2. Universitetlərin inklüziv və sosial ədalətli cəmiyyətin qurulmasında rolu.
3. İnklüziv rəqəmsal transformasiya: xüsusi təhsil ehtiyacları olan tələbələr üçün beynəlxalq mübadilə proqramlarına çıxış imkanları.
II. Beynəlxalq təhsil mühitində əlçatanlıq.
1. Beynəlxalq kontekstdə inklüzivlik: müxtəlif ölkələrin müqayisəli təhlili.
2. Əlçatanlığın təmin edilməsinə innovativ yanaşmalar.
3. İnklüziv ali təhsilin idarə edilməsi: xüsusi təhsil ehtiyacları olan tələbələr üçün maliyyələşdirmə və təqaüdlər.
III. İnklüzivlik və süni intellekt: imkanlar və etik məsələlər.
1. Ağıllı şəhərlər və inklüziv cəmiyyətin inkişafında rəqəmsal texnologiyalar.
2. Süni intellektlə əlilliyi olan şəxslər arasında qarşılıqlı əlaqə.
3. Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün süni intellektin tətbiq təcrübəsi.
Daha ətraflı: https://unec.edu.az/konfrans-inkluziv-ali-tehsil-akademik-mobillik-ve-beynelxalq-tehsilin-elcatanligi/