A

UNEC abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə yeni elektron sistemi istifadəyə verib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) abituriyentlərin düzgün ixtisas seçiminə dəstək göstərmək üçün “İxtisasını UNEC-də seç” adlı yeni elektron sistemi istifadəyə verib.

Sistem vasitəsilə abituriyentlər topladıqları balı və seçim etmək istədikləri ixtisası daxil edərək əvvəlki ilin keçid balları ilə müqayisə edə bilirlər.

Bundan əlavə, sistem qəbul olma ehtimalını faizlə hesablayır və abituriyentlərə uyğun alternativ ixtisas təklifləri təqdim edir.

Yeni sistemə bu keçid vasitəsilə daxil olmaq mümkündür: secim.unec.edu.az

TOP XƏBƏRLƏR