Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri Scopus bazasından məsafəli istifadə hüququnu əldə etmək üçün ilk olaraq www.scopus.com səhifəsindən qeydiyyatdan keçməlidir.

Scopus səhifəsinin interfeysinin yuxarı sağ küncündəki universitet işarəsini klikləyərək “Check access” düyməsini seçib tələb olunan məlumatları dolduraraq Elsevier şirkəti tərəfindən elektron poçt ünvanına göndərilən prosedura əməl etməlidir. Prosedurların sonunda “Azerbaijan State Universtity of Economics” yazısı əks olunduqda bazadan məsafəli istifadə hüququ təmin olunacaq.

UNEC professor-müəllim heyətinin qeydiyyatdan rəsmi elektron poçt ünvanı (nümunə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ilə keçməsi arzuolunandır.

Belə ki, müəllif Scopus bazasından qeydiyyatdan keçdiyi istifadəçi adı və şifrəsini həm də Elsevier, Science Direct, Mendeley, Research Academy səhifələrinə giriş edərkən də “Daxil ol” hissəsinə yazaraq istifadə etməlidir. Ancaq Scopus müəllif pofili müəllifin məqaləsi Scopus bazasında indeksləşdiyi andan Elsevier şirkəti tərəfindən yaradılır və idarə olunur.

Scopus bazasından qeydiyyatdan keçdiyi gün daxil olmaqla birillik məsafəli istifadə hüququ təmin olunan UNEC nümayəndələrinin SİYAHISI

TOP XƏBƏRLƏR