Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) professor-müəllim heyəti və tələbələrin elmi-tədqiqat imkanlarını genişləndirmək məqsədilə iki nüfuzlu beynəlxalq elmi platformaya – Business Expert Press (BEP) Digital Library və IEEE Computer Society Digital Library resurslarına abunə olub.

Business Expert Press (BEP) Digital Library biznes və idarəetmə sahəsində aparıcı ekspertlər tərəfindən hazırlanmış praktik və tətbiqyönümlü elektron kitabları özündə birləşdirən elmi platformadır. Bu resurs tədris prosesinin və elmi-tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Platformada biznes, menecment, marketinq və digər əlaqəli sahələr üzrə geniş elektron kitab kolleksiyası təqdim olunur.

PLATFORMAYA KEÇİD: 

Digər resurs – IEEE Computer Society Digital Library isə kompüter elmləri və informasiya texnologiyaları sahəsində zəngin elmi məlumat bazalarından biridir. Abunəlik çərçivəsində istifadəçilər rəyçi-ekspertlər tərəfindən qiymətləndirilmiş minlərlə elmi məqalə, beynəlxalq konfrans materialları və akademik jurnallara çıxış əldə edirlər.

Bu platforma elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik araşdırmaların keyfiyyətinin artırılması və beynəlxalq elmi mənbələrə çıxışın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

IEEE Computer Society Digital Library platformasına keçid:

TOP XƏBƏRLƏR