A

Cambridge University Press jurnallarında məqalə dərc etmək imkanı yaradır.

Elm və ali təhsil müəssisələrdə çalışan, eləcə də dərəcəsindən asılı olmayaraq təhsil alan hər kəs bu imkandan yararlana bilər.

Təqdim edilən bütün jurnallar Open Access (ictimaiyyət üçün açıq) prinsipi əsasında tam ödənişsiz olaraq istifadəyə verilir.

JURNALLARIN SİYAHISI

Qeyd edilən jurnallarda məqalələrin dərc edilməsi tam ödənişsizdir. Məqalə təqdim etmək üçün elmi dərəcə tələb olunmur. Məqalələr birbaşa olaraq Cambridge Core platforması üzərindən təqdim olunur. Müəllif platformaya daxil olub mövzusuna uyğun jurnalı seçərək, məqaləsini təqdim edə bilər. Hər jurnalın özünəməxsus qəbul qaydaları və rəy prosesi mövcuddur. Məqalə yalnız həmin jurnalın qaydalarına uyğun olaraq qiymətləndiriləcək. Məqalənin jurnalda dərc olunması müddəti jurnalın öz qaydalarına görə dəyişir. Məqalələr müəllif tərəfindən seçilən Creative Commons lisenziyalarından (CC-BY, CC-BY-NC-SA və CC-BY-NC-ND) biri ilə dərc olunur. Creative Commons lisenziyası Open Access prinsipi əsasında ictimaiyyət tərəfindən sərbəst istifadəyə icazə verən qlobal lisenziyadır.

Məqalələr dərc edildikdən sonra hər kəs tərəfindən istifadə edilə bilər. Cambridge Core platformasında ekranın sağ yuxarı küncündə “Authenticated by Ministry of Science and Education of Azerbaijan” qeydi aktivdirsə, istifadə hüququnuz təmin olunub. Əgər qeyd aktiv deyilsə, müəssisənizin adını, əlaqələndirici şəxsin məlumatlarını və “Public IP”lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərərək həm jurnallardan istifadə, həm də məqalə təqdim etmək imkanınızı təmin edə bilərsiniz.

Siyahıda mövzusuna uyğun jurnal tapa bilməyən müəlliflər məqalənin başlığını, xülasəsini və açar sözlərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.

Cambridge University Press ilə əldə edilmiş razılaşma 2028-ci ilin sonuna qədər qüvvədədir. Hər hansı sual yarandıqda və ya dəstəyə ehtiyac olduqda Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay