A

UNEC-də “Xaricdə magistratura: Nə? Niyə? Necə?” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dos. Xətai Alıyev və mərkəzin tədqiqatçısı, Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirən məzunu Nicat Muradzadə təqdimatla çıxış edəcəklər.

Seminarda ölkə xaricində ali təhsilin magistratura səviyyəsi üzrə qəbul prosesi, təqaüdlü təhsil və digər vacib məqamlara aydınlıq gətiriləcək.

16 dekabr, saat 16:00-da keçiriləcək seminara zoom vasitəsilə qoşulmaq olar.

https://zoom.us/j/99185616300
kod: 107738

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay