A

UNEC Biznes Məktəbinin MBA Proqramı əmək bazarında ən çox tələb olunan 29 ixtisas üzrə qəbul elan edir.

Proqram üzrə təhsil 2 ildir. Dərslər həftədə 2 dəfə olmaqla, saat 18.40-da başlayır və 21.40-da bitir.

Təhsil ödənişlidir, proqrama qəbul olan tələbələr təhsil haqqını hissi-hissə ödəyə biləcək. İmtiyazlı tələbələr (məcburi köçkünlər, şəhid ailələri və s.) isə təhsil haqqından azaddırlar.

UNEC Biznes Məktəbində təhsil alan magistrlər ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBİS, Fransanın Montpellier və Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında, eləcə də mübadilə proqramlarında iştirak edə bilərlər.

MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrləri ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9) azad olunurlar.

UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Bussines School Accreditation)) təşkilatının tam hüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi magistrlərin ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrlər qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.

TOP XƏBƏRLƏR