Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2021-2022-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.  Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq müraciət çox olunan zaman müsabiqə keçiriləcəkdir.

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 80-dan yuxarı olmalı
  2. Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli.  
  3. UNEC-in 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Non-Erasmus  mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  1. Fransanın Montpellier Universiteti – 2 yer (bakalavr)
  2. Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi – 2 yer (bakalavr)
  3. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti – 2 yer (bakalavr)
  4. Almaniyanın Siegen Universiteti - 4 yer (bakalavr və magistr)
  5. Litvanın Mykolos Romeris Universiteti – 1 yer (bakalavr və magistr)
  6. Latviyanın Latvia Universiteti - 2 yer (bakalavr)
  7. Polşanın Kozminski Universiteti - 5 yer (bakalavr)

Müraciət üçün tarixlər:

  1. Fransanın Montpellier Universiteti üçün - 14 noyabr 
  2. Almaniyanın Siegen Universiteti - 19 noyabr 
  3. Litvanın Mykolos Romeris Universiteti – 19 noyabr 
  4. Koreyanın Solbridge Beynəlxal Biznes Məktəbi – 19 noyabr 
  5. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti – 19 noyabr 
  6. Latviyanın Latvia Universiteti- 19 noyabr
  7. Polşanın Kozminski Universiteti - 19 noyabr

Tələb olunan sənədlər:

  1. Ərizə
  2. Transkrip
  3. CV (azərbaycan və ingilis dilində)
  4. Pasport və ya şəxsiyyət vəsiqəsi

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email adresinə göndərilməlidir.

Seçim bir universitet üçün aparılmalıdır. Emailin mövzusunda seçdiyiniz universiteti qeyd edin.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcəkdir.
  • Ölkənin viza qaydalarına əsasən tələbələrdən depozit tələb oluna bilər.
  • ÜST tərəfindən elan olunmuş pandemiya ilə bağlı xarici ölkədə mövcud vəziyyətlə bağlı mübadilə proqramlarının şərtləri dəyişdirilə bilər.

Proqramla bağlı konsultasiyalar 11 noyabr və 18 noyabr saat 11.00-da, 16 noyabr saat 15.00-da zoom platforması üzərindən aparılacaqdır: https://zoom.us/j/93093167066

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay