UNEC Dizayn Məktəbinin əməkdaşları Bakı Avropa Liseyində şagirdlər üçün maarifləndirici tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd şagirdləri ali təhsil imkanları, UNEC-in tədris prosesi və ixtisas seçimləri barədə məlumatlandırmaq, onların gələcək karyera planlamasına dəstək göstərmək olub.
Görüş çərçivəsində əvvəlcə lisey rəhbərliyi və müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr və gələcək təşəbbüslər müzakirə olunub.
Daha sonra Dizayn Məktəbinin müəllimləri İlahə İsayeva və Günay Cavadzadə-Talıbova tərəfindən şagirdlər üçün təqdimat keçirilib. Təqdimatda universitetin strukturu, fakültələri, ixtisaslar, təhsil proqramları, beynəlxalq mübadilə və ikili diplom imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda UNEC-in beynəlxalq reytinqlərdə mövqeyi, təhsil keyfiyyəti, tələbələr üçün yaradılan akademik mühit, təqaüd proqramları, tələbə təşkilatları və praktiki təcrübə imkanları şagirdlərin diqqətinə çatdırılıb.
Sonda şagirdləri maraqülandıran suallar cavablandırılıb.