Macarıstanın Dunaujvaroş Universitetində bu ilin 25-26 mart tarixlərində Dayanıqlı iqtisadiyyat mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans tərəfindən seçilmiş məqalələr Macarıstan Elmlər Akademiyasının illik bülleteninə salınacaq, eyni zamanda konfrans məruzələr kitabında da nəşr olunacaqdır. Konfransda iştirak üçün ödəniş tələb olunmur. 

Konfransın mövzuları:

  • Dayanıqlılıq
  • İqtisadiyyat üçün yeni resurslar və iqtisadiyyatda bilik inqilabı
  • İstedad və yaradıcılığın iqtisadi aspektləri
  • Bərpa olunan iqtisadiyyat və ekoloji davamlılıq
  • Meqapolislər və ağıllı Şəhər
  • Daha bir texnoloji inqilab: insan resurslarının idarə edilməsinə baxış
  • Platforma iqtisadiyyatı
  • Monetar rəqəmsallaşdırma
  • Təlim, davamlılıq, fənlərarası əlaqə

Məqalənin gördərilməsi üçün son müraciət tarixi: 10 mart 2024-cü il.

Müraciət üçün link: https://forms.gle/usFakDcqP4S9x6T46

Əlavə sual üçün əlaqə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., UNEC-in Elmi fəaliyyətin təşkiki şöbəsinin müdiri, konfransın təşkilat komitəsinin üzvü Nərgiz Hacıyeva

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay