UNEC-in “Biznesin idarə edilməsi” kafedrasında “Elmi tədqiqatların dəstəklənməsində kitabxana-informasiya resursları və beynəlxalq məlumat bazalarının rolu” mövzusunda seminar keçirilib.
Seminar UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasının müdiri, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri və kafedranın müəllimi Yusif Musayev tərəfindən keçirilib. Həmçinin seminarda kafedranın müdiri, dosent Sevər Məmmədova və müəllimləri də iştirak ediblər.
Tədbirdə elektron kitabxana xidmətləri, UNEC-in abunə olduğu beynəlxalq məlumat bazalarına çıxış imkanları – Scopus, Web of Science, EBSCOhost, InCites Benchmarking & Analytics, Research Assistant süni intellekt aləti, PQDT, ProQuest Ebook Central, ProQuest Central, SciVal (Elsevier), Business Expert Press (BEP) Digital Library və IEEE Computer Society Digital Library – və bu resurslardan effektiv istifadə yolları təqdim olunub.
İştirakçılara müasir tədqiqat alətləri ilə bağlı praktik tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.