UNEC rektorunun Qarabağ Universitetinə kitab hədiyyə olunması ilə bağlı təşəbbüsü geniş dəstək qazanmaqda davam edir.
Bu təşəbbüsə UNEC-in “Biznes və logistika” kafedrasının professoru Şəfa Quliyeva da qoşulub. O, şəxsi kitabxanasından 300 kitabı Qarabağ Universitetinə hədiyyə etdiyini bildirib.
Xatırladaq ki, UNEC-də keçirilən Elm Günlərinin açılış mərasimində universitetin rektoru, professor Ədalət Muradov şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə edəcəyini açıqlamışdı.
İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu təşəbbüsə AMEA-nın prezidenti İsa Həbibbəyli, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri də qoşulublar.
Təşəbbüs çərçivəsində Qarabağ Universitetinə 3000-ə yaxın kitab hədiyyə olunub.