9-10 sentyabr 2025-ci il tarixlərində Türkiyənin Qaziantep şəhərində ZEUGMA 14. Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçiriləcək.
Konqres bütün elmi sahələr üzrə orijinal akademik tədqiqatlara açıqdır və təqdim olunan məqalələrin ISBN-li tezislər kitabında, həmçinin SCOPUS-da indekslənən alternativ nəşr imkanları mövcuddur.
Müraciətlər yalnız tezis (xülasə) ilə qəbul olunur. Tezis qəbul edildikdən sonra tam məqalə göndərilə bilər.
Son müraciət tarixi: 25 avqust 2025
Tezis kitabının dərc tarixi: 30 sentyabr 2025
Konqres dilləri: türk, ingilis, rus