A

5 may 2026-cı il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II Respublika elmi konfransı keçiriləcək.

 KONFRANSIN İSTİQAMƏTLƏRİ

  • Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu
  • Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması
  • Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə
  • Korporativ elektron kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi

Konfransın rəsmi dili: Azərbaycan, rus, ingilis

Konfrans materiallarının tərtibatına dair tələblər:

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.

Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin adı və ünvanı, müəllif(lər)in elektron poçt ünvanı (email) və əlaqə nömrəsi yazılmalıdır.

Konfrans materialının (məqalə və ya tezislərin) mətni 1-3 səhifə həcmində olmalıdır; mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Xülasə: 100 sözdən çox, açar sözlər isə 5 sözdən az (Azərbaycan, rus və ingilis dillərində) olmamalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində verilir: məsələn, [5, s.32-43], [8]).

Konfrans materialları AMEA Mərkəzi Elmi Kitabxanasının Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına təqdim edilməlidir.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

 Məqalələrin göndərilmə tarixi: 01 aprel – 25 aprel 2026-cı il

Qəbul bildirişi üçün son tarix: 30 aprel 2026-cı il

Konfrans materialları jurnal formasında AMEA Mərkəzi Elmi Kitabxanasının rəsmi saytında yerləşdiriləcəkdir.

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri nəzərə alınmaqla məqalə (tezis) yenidən göndərilməlidir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və ya düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcək.

Konfransın keçiriləcəyi ünvan: AZ 1143, Hüseyn Cavid prospekti 129.
Əlaqə telefonu: (+994) 99 700 96 07

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay