Sumqayıt şəhər 39 saylı orta məktəbin şagirdləri UNEC-də olublar.
Universitetin 3 saylı tədris binasında keçirilən görüş çərçivəsində şagirdlər Rəqəmsal İqtisadiyyat fakültəsi ilə yaxından tanış olublar. Fakültənin dekanı, dosent Elman Cəfərov şagirdlərə informasiya texnologiyaları ixtisasları barədə ətraflı məlumat verib.
Səfər zamanı şagirdlər universitetin kompüter laboratoriyalarına baxış keçirib, həmçinin tədris prosesi ilə yaxından tanış olublar.