A

International Astronomy and Astrophysics Competition təşkilatı tərəfindən “International Youth Math Challenge (IYMC) 2025” beynəlxalq riyaziyyat müsabiqəsinə start verilib!

Müsabiqə haqqında:
IYMC – gənclərin riyazi təfəkkürünü, analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş beynəlxalq platformadır. Layihənin məqsədi istedadlı gənclərin elmə marağını artırmaq, onların yaradıcı və məntiqi düşünmə qabiliyyətini beynəlxalq səviyyədə nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrdən olan tələbələr arasında elmi əlaqələri gücləndirməkdir.

Müsabiqənin mərhələləri:
Birinci mərhələ (Preliminary Round): Tapşırıqlar onlayn təqdim olunur. İştirakçılar 30 noyabr 2025-ci il tarixinədək cavablarını göndərməlidirlər.
Final mərhələ: İlkin mərhələdə uğur qazanan iştirakçılar finala dəvət olunacaqlar. Qaliblərə beynəlxalq sertifikatlar və mükafatlar təqdim ediləcək.
İştirak ödənişsizdir.

Ətraflı məlumat və qeydiyyat:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay