A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin innovativ düşüncəsinin inkişafı və tətbiqyönlü ideyalarının reallaşdırılması məqsədilə Tələbə Startap Müsabiqəsi elan edir.

Müsabiqə UNEC-in daxili vəsaiti hesabına maliyyələşdirilir. Layihələrin qiymətləndirilməsi şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında həyata keçiriləcək.

Müsabiqənin məqsədi:

  • Tələbələrin innovativ ideyalarının inkişafına dəstək vermək;
  • Texnoloji, sosial, ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş layihələri təşviq etmək;

Kimlər müsabiqədə iştirak edə bilər:

  • UNEC-də bakalavr və magistr pilləsində təhsil alan tələbələr (UNEC məzunları və ya müəllimləri komandalarda mentor qismində iştirak edə bilər)

Komandalar 2–5 nəfərdən ibarət olur və bir nəfər komanda rəhbəri təyin edilir.
Hər iştirakçı yalnız bir layihədə  iştirak edə bilər.

         Layihələrə dair tələblər:

  • layihə innovativ və tətbiqyönlü olmalı;
  • real bazar və ya sosial problemin həllinə yönəlməlidir;
  • ətraflı icra planı və əsaslandırılmış büdcə təqdim edilməlidir;
  • layihənin icra müddəti 6 ayı keçməməlidir.
  • digər müsabiqələrdə maliyyələşdirilmiş və ya hazırda başqa müsabiqələrə təqdim edilmiş layihələr qəbul edilmir.

        Tələb olunan sənədlər:

  • Ərizə (təyin olunmuş formada);
  • Tələbə biletinin və şəxsiyyət vəsiqəsinin surəti;
  • Komanda üzvləri haqqında qısa məlumat;
  • Layihə təklifi forması (ideya, məqsəd, bazar potensialı və büdcə);
  • Layihənin icra planı və gözlənilən nəticələr.

Sənədlər elektron qaydada təqdim edilir və

        Qiymətləndirmə meyarları:

  • İdeyanın yeniliyi və aktuallığı;
  • Tətbiq və kommersiyalaşma potensialı;
  • Komanda üzvlərinin bacarıqları;
  • Layihənin sosial və iqtisadi təsiri;
  • Təqdimat keyfiyyəti (pitching mərhələsi).

Ən yüksək nəticə göstərən layihələr qalib elan ediləcək.

        Qalib layihələrin dəstəklənməsi:

  • Qaliblərlə UNEC arasında müqavilə bağlanacaq;
  • Ayrılmış maliyyə vəsaiti layihənin icrasına yönəldiləcək;
  • Komanda mütəmadi hesabat təqdim etməli və vəsaitin təyinatı üzrə istifadəsini təsdiq etməlidir.

Layihələrin qəbulu üçün son tarix: 7 dekabr, 2025-ci il
Əlaqə: 051 402 02 36
Qeydiyyat üçün email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay