15-16 aprel 2025-ci il tarixlərində Qazaxıstanın Miras Universiteti tərəfindən "Ali məktəb elmləri 2025" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın əsas istiqamətləri:
- Biznes və idarəetmə;
- Turizm və qonaqpərvərlik idarəetməsi;
- İnformasiya və telekommunikasiya sistemləri;
- Sosial elmlər;
- Pedaqogika və psixologiya;
- Filologiya;
- Dizayn və bədii iş;
- Fiziki mədəniyyət, idman və başlanğıc hərbi hazırlıq;
- Kimya və biologiya.
Konfransda iştirak etməyə yerli və xarici universitetlərin alimləri, gənc tədqiqatçılar, magistrantlar və doktorantlar dəvət olunur.
Konfransın rəsmi dilləri: qazax, rus və ingilis dilləridir.