Sentyabrın 17-də UNEC-də ACCA təşkilatının lisenziyası ilə fəaliyyət göstərəcək Kompüter Əsaslı İmtahan Mərkəzinin açılışı olub.
Mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyətilə yanaşı, Auditorlar Palatasının sədri prosessor Vahid Novruzov və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) təşkilatının Təhsil üzrə Regional rəhbəri Taher Kapasi də iştirak edib.
ACCA-nin Təhsil üzrə Regional rəhbəri Taher Kapasi İmtahan Mərkəzinin UNEC-də yaradılması ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycandakı ən uzun müddətli tərəfdaşımız olan Azərbaycan Dövlət İqtisad Universitetində olmaq çox xoşdur. Məqsədimiz buradaki sahələrə dəstək olmaq, inkişaf etdirməkdir. Düşünürəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti kimi ali təhsil müəssisələri bizim üçün çox vacibdir. Biz illərlə davam edən əməkdaşlığımızdan qürur duyuruq. Buradakı avadanlıqlar yüksək şəkildə təmin olunub. Əminəm ki, tələbələr İqtisad Universitetində çox yaxşı inkişaf edəcəklər”.