A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Bakıda və regionlarda daha yaxından tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti görüşlər Bakı şəhəri, eləcə də Bərdə, İmişli, Qəbələ və Göyçay rayonlarındakı məktəblərdə olub.

Dosentlər Hənifə Cəfərli, İlqar Rəcəbov və dekan müavini Elbrus Əkbərov Bərdə rayonunun orta məktəblərində, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Teymur Sərxanov İmişli rayonunun, Türk Dünyası İqtisad Fakültəsinin müəllimləri Turan Əhmədov, Fəxri Məmmədov və İsmayıl İsmayıllı isə Qəbələ, Göyçay rayonlarının məktəblərində abituriyentlərlə görüşüblər. 

Bakı şəhərindəki 244 nömrəli orta məktəbdə isə dosentlər Sadiq Nəzərəliyev və Sahib Məmmədov şagirdlərlə görüş keçiriblər.

Görüşdə UNEC-in təhsil imkanları barədə məktəblilərə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və məlumat bukletləri paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay