A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində tələbələr üçün “Gənclər korrupsiyaya qarşı: davranış mədəniyyəti və şəxsi məsuliyyət” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, korrupsiyaya qarşı mübarizənin yalnız hüquqi və inzibati mexanizmlərlə məhdudlaşmadığını, bu istiqamətdə cəmiyyətdə, xüsusilə də gənclər arasında yüksək davranış mədəniyyətinin, etik dəyərlərin və şəxsi məsuliyyət hissinin formalaşdırılmasının həlledici rol oynadığını diqqətə çatdırıb, eyni zamanda tələbəlik dövründə mənimsənilən dürüstlük, ədalətlilik və şəffaflıq prinsiplərinin gələcək peşə fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini, bu baxımdan gənclərin yalnız bilik və bacarıqlarını deyil, həm də sağlam mənəvi keyfiyyətlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

“İqtisadiyyat” kafedrasının dosenti Ərəbiyyə Mustafayeva çıxış edərək korrupsiyanın yalnız iqtisadi deyil, həm də hüquqi baxımdan ciddi ictimai təhlükə yaratdığını, onun dövlət idarəçiliyində şəffaflığı zəiflətdiyini, resursların ədalətsiz bölgüsünə və ictimai etimadın sarsılmasına səbəb olduğunu bildirib, ölkə qanunvericiliyində bu hallara qarşı nəzərdə tutulan cinayət və inzibati məsuliyyət mexanizmləri barədə məlumat verərək onların həm preventiv, həm də cəzalandırıcı xarakter daşıdığını izah edib, eyni zamanda gənclərin hüquqi biliklərinin artırılmasının, qanunlara hörmət mədəniyyətinin formalaşdırılmasının və şəxsi məsuliyyət hissinin gücləndirilməsinin korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay