A

Mayın 8-də Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi: elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfrans keçiriləcək.

Konfrans çərçivəsində “Elm və təhsilin inkişafında Heydər Əliyev strategiyası” mövzusunda çıxışlar dinləniləcək. Tədbirdə iştirakçılar Ümummilli Liderin elm və təhsil sahəsində həyata keçirdiyi siyasət, bu strategiyanın müasir dövrdə əhəmiyyəti və ölkənin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat əldə edəcəklər.

Eyni zamanda konfrans çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Ulu Öndərə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq. İştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən geniş kitab sərgisi ilə tanış ola biləcəklər.

PROQRAM

TOP XƏBƏRLƏR