A

UNEC, Kunayev Universiteti və Almatı Humanitar-İqtisad Universitetinin birgə təşkil etdiyi “Digiecon-2026” beynəlxalq konfransı öz işini Almatı Humanitar-İqtisad Universitetində davam etdirib.

Konfrans çərçivəsində həm oflayn, həm də onlayn formatda maliyyə bazarlarının rəqəmsal transformasiyası, rəqəmsal dövrdə əmək bazarı və insan kapitalının inkişafı, marketinq strategiyalarının rəqəmsallaşması, eləcə də qlobal iqtisadiyyatın rəqəmsallaşmasının regional təzahürləri geniş müzakirə olunub.

Eyni zamanda, konfrans çərçivəsində tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi konfransı da keçirilib. Bu platformada tələbə və magistrlərin rəqəmsallaşma ilə bağlı apardıqları tədqiqatların nəticələri təqdim olunub, fikir mübadiləsi aparılıb. Bununla yanaşı, UNEC, Kunayev Universiteti və AHİU-nun tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələri qurulub və yaxın zamanda birgə fəaliyyətlərin planlaşdırılması məqsədilə onlayn görüşün keçirilməsi qərara alınıb.

“Digiecon-2026” beynəlxalq konfransı yekun bəyannamənin qəbul olunması və iştirakçıların sertifikatlarla təltif edilməsi ilə başa çatıb.

TOP XƏBƏRLƏR