A

Malayziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan INTI International University ilə əməkdaşlıq çərçivəsində bakalavriat və magistratura səviyyəsində təhsil alan UNEC tələbələri üçün 2026-cı ilin payız semestrində akademik mübadilə proqramı açıq elan edilir.

INTI International University tələbələrə tam beynəlxalq standartlara uyğun, dinamik və müasir akademik mühit təqdim edir. Universitetdə tədris ingilis dilində aparılır və kredit əsaslı sistem tətbiq olunur (bakalavr səviyyəsində 20 kreditə qədər, magistr səviyyəsində isə 16 kreditə qədər).

UNEC tərəfindən mübadilədə 10 tələbənin iştirakı nəzərdə tutulub.

Mübadilə proqramı çərçivəsində tədris dili ingilis dilindədir və təklif olunan proqramlar aşağıdakılardır:

Bakalavr proqramları

  • Mühasibat uçotu və maliyyə
  • Biznes
  • Rəqəmsal media
  • Kompüter elmləri
  • İnformasiya texnologiyaları
  • Mexanika mühəndisliyi
  • İnşaat mühəndisliyi

Magistratura proqramları

  • Biznesin idarə edilməsi
  • İnşaatın idarə edilməsi

Mübadilə proqramında iştirak etmək üçün tələb olunan sənədlər:

  • Xarici pasportun surəti
  • Motivasiya məktubu (Proqrama müraciət üçün marağın ifadə edilməsi)
  • İngilis dili biliyi (ən azı B2 səviyyədə)
  • CV (ingilis dilində)
  • Transkript ingilis dilində (ÜOMG 85+)

Qeyd: Tələbələr əlavə olunmuş ixtisas siyahısını seçdikdən sonra, müraciət etməzdən əvvəl öz tədris planlarında olan fənləri həmin proqramdakı fənlərlə uyğunlaşdırmalı və akademik uyğunluğu yoxlamalıdırlar.

Proqram 1 semestr üçün nəzərdə tutulub. Yuxarıda qeyd olunan sənədlər ümumiləşdirilərək bir PDF şəklində 2026-cı il 18 may tarixinədək exchange@unec.edu.az ünvanına göndərilməlidir.

  1. Təhsil və proqram xərcləri
  • Qeydiyyat xərcləri: 400 MYR → 144 AZN

Ödəniş üçün son tarix: 12 iyun 2026-cı il.

  1. Əlavə yaşayış xərcləri
  • Təhsil haqqı ödənişsizdir
  • Yataqxana (quad-sharing): ödənişsiz təqdim olunur

Tələbənin öz öhdəliyində olan xərclər

  • Səyahət xərcləri
  • Gediş-dönüş aviabilet
  • Ölkədaxili nəqliyyat
  • Gündəlik xərclər
  • Qidalanma

Digər xərclər

  • Viza rüsumları
  • Tibbi xərclər və sığorta

Ətraflı məlumat: UNEC Beynəlxalq Əməkdaşlıq Departamenti Xarici Əlaqələr Şöbəsi (UNEC, əsas tədris binası, otaq 115)

Əlaqə: 012 492 60 45; 012 4925905 (daxili 1054)

Universitet haqqında: INTI International University Malayziyanın Negeri Sembilan əyalətində yerləşən, beynəlxalq akkreditasiyalı və yüksək reytinqli özəl universitetlərdən biridir. Universitet tələbələrə müasir, multikultural və innovativ akademik mühit təqdim edir. Universitet müasir laboratoriyalar və innovativ texnologiya mərkəzləri ilə təchiz olunub ki, bu da tələbələrə praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. INTI-də 100-dən çox ölkədən tələbələrin təhsil alması kampusu əsl multikultural mühitə çevirir.

TOP XƏBƏRLƏR