UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və İqtisadçı İntellektual Oyun Klubunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbələrarası “Nə? Harada? Nə zaman?” (NHN) formatında intellektual bilik yarışı keçirilib.
Yarışın əsas məqsədi tələbələrin bilik və dünyagörüşünün artırılması, məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gənclər arasında intellektual oyunlara marağın təşviq olunması olub.
Bilik yarışında UNEC-in müxtəlif fakültələrini təmsil edən 17 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən:
I yer – “Ozymandias” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
II yer – “Misaqi Milli” komandası (Maliyyə və mühasibat fakültəsi)
III yer – “Nyutonun almaları” komandası (Maliyyə və mühasibat fakültəsi)
Sonda qalib komandalar kubok, medal, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.