A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Bakıda və regionlarda daha yaxından tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti görüşlər Bakı şəhərinin Kimya-biologiya təmayüllü Respublika liseyində, 17, 29, 157 saylı məktəblərində olublar.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti Azər Mehdiyev və baş müəllimi Ülviyyə Rəsul Bakı şəhəri 157 saylı məktəb, “Riyaziyyat və statistika” kafedrasının müdiri, prof. Natiq Əhmədov və dosent Tapdıq Quluzadə Kimya-biologiya təmayüllü Respublika liseyində, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosenti İlhamə Mahmudova və baş müəllimi Zeynəb Qiyasova Bakı şəhərinin  Əhmədli qəsəbəsinin 17, 29 saylı məktəblərində abituriyentlərlə görüşlər keçiriblər.

Görüşdə UNEC-in təhsil imkanları barədə məktəblilərə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və məlumat bukletləri paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay