A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər zamanı əməkdaşlar Gəncə şəhərinin 20 məktəbində, Daşkəsən, Tovuz, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarının orta məktəblərində, Sumqayıt şəhərinin 13, 14, 15, 16, 21 saylı məktəblərində, eləcə də Bakı şəhərinin 20, 60, 245 nömrəli məktəblərində olublar.

UNEC-in dosentləri Hicran Muradova və Pikəxanım Xudiyeva Bakı şəhərinin 20 saylı məktəbində, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosentləri Arzu Əhmədova, Nazilə Alverdiyeva,  müəllimləri Vüsalə Musayeva və Aytən Niyazova Sumqayıt şəhərinin 13, 14, 15, 16, 21 saylı məktəblərində, UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının dosenti İbrahim Quliyev, Riyaziyyat və statistika kafedrasının dosenti Xalıq Aslanov, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Mövlud Hüseynov Gəncənin 20 məktəbində, Daşkəsən, Tovuz rayonlarının məktəblərində, Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov, İqtisadiyyat kafedrasının dosenti Mehriban Səmədova, Beynəlxalq iqtisadiyyat (ingilis dilində) kafedrasının müəllimi Aysel Quliyeva Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar  rayonlarının məktəblərində şagirdlərlə görüşüblər.

Görüşdə UNEC və onun fəaliyyəti barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay