A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) tanıtmaq, orta məktəblərdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə Maliyyə və mühasibat fakültəsinin əməkdaşları Bakı şəhərinin 116, 249, 210, 1, 240, 211, 8, 46 və 164 saylı orta məktəblərində görüşlər keçiriblər.

Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov, dekan müavini Abdulkərim Sadıqov, fakültə katibi Kəmalə Həmidova Bakı şəhəri 1 saylı orta məktəbdə, Maliyyə və mühasibat fakültəsinin dekan müavini, dosent Azər Qarayev, Maliyyə və maliyyə institutları kafedrasının professoru Nizami Xudiyev, dosentlər Zöhrab İbrahimov və Flora Kaşiyeva 46, 116 və 164 saylı orta məktəblərdə, Maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqov, Mühasibat uçotu və audit kafedrasının dosentləri Cəmaləddin Zərbəliyev, Nəzakət Musayeva, Kifayət Xudaverdiyeva, müəllim Ülkər Məmmədova 8, 210, 211, 240 və 249 saylı orta məktəblərdə şagirdlərlə görüşüblər.

Görüşlərdə UNEC və onun fəaliyyəti barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb, video-çarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay