A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Ekololinin temel ilkeleri” (“Fundamentals of Ecology”) kitabını təqdim edir. 

Kitabın müəllifləri tanınmış alimlər Yucin P. Odum (Eugene P. Odum) və Qeri Barrittdir (Gary W. Barrett).

Kitabı türk dilinə Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin “Biologiya” fakültəsinin professoru Kani İşık tərcümə edib.

Kitabın müəllifi mərhum alim Yucin Odum sistem ekologiyası sahəsinin öncüllərindən sayılır və ictimaiyyətin diqqətini ekosistemlərə, eləcə də bu sahənin tədrisə inteqrasiyasını tələb edən ilk alimlərdəndir. "Ekologiyanın əsasları" kitabının ilk nəşri 1953-cü ildə çıxıb və bununla da Odum geniş auditoriyaya ekologiya elmini təqdim etmiş olub. Təqdim edilən nüsxə kitabın 5-ci nəşridir. Kitabın bu nəşri müəllifin sevimli protejesi olan Qeri Barrett ilə birgə yenilənərək hazırladığı sonuncu elmi əsəridir.

Odum və Barrett bu nəşrdə Ekosistem elminin əsaslarına klassik yanaşması, eləcə də dekommunizasiya yanaşması çərçivəsində təkamül ekologiyası və sistem ekologiyası prinsiplərini birləşdirib, eyni zamanda isə ekoloji iz, qlobal iqlim dəyişikliyi, torpaq ekologiyası, yanğın ekologiyası, metapopulyasiya dinamikası, populyasiya genetikası, landşaft ekologiyası kimi müasir anlayışlar təhlil edilərək, ekologiyanın müasir dövrə inteqrasiya mərhələləri verilib. Bir sözlə, kitab ekologiya sahəsində innovativ dərslik tələblərinə bu gün də cavab verir.

“Ekololinin temel ilkeleri” (“Fundamentals of Ecology”) kitabının 5-ci nəşri 2016-cu ildə Ankara “Palme Yayınevi” Nəşriyyatında çapdan çıxıb. Maraqlananlar bu kitabla UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər. Qeyd edək ki, kitabın bu nəşri 598 səhifədir.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay