A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “İdarəetmə təhlili” dərsliyini təqdim edir.

UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının dosenti Hənifə Cəfərlinin  müəllifi olduğu dərs vəsaitində iqtisadi təhlilin həm nəzəri əsasları, həm də tətbiqi məsələləri yeni dövlət standartlarına uyğun şərh edilir. Dərs vəsaitinin birinci hissəsində təsərrüfat subyektlərində iqtisadi təhlilin təşkilinin nəzəri əsasları, o cümlədən məzmunu və idarəetmədə rolu, kompleks təhlil sistemi və onun  təşkili metodologiyası, habelə iqtisadi təhlilin metodikası araşdırılıb.

İkinci hissə təsərrüfat subyektlərinin fəaliyyətinin kompleks idarəetmə təhlili, o cümlədən marketinq, istehsalın və satışın həcmi sistemində təhlil, əmək, material ehtiyatlarından və əsas fondlardan istifadə edilməsinin metodiki məsələlərinin öyrənilməsinə həsr edilib. Dərs vəsaitində idarəetmə təhlilinin müxtəlif metodlarını səciyyələndirən analitik hesablamaların konkret rəqəmli nümunələri verilib. Dərslik iqtisadi təhlillə maraqlananlar üçün nəzərdə tutulub.

“İdarəetmə təhlili”ni UNEC-in kitabxanasından əldə etmək mümkündür.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay