A

“Həftənin kitabı” bu həftə oxuculara “Ətraf mühitin iqtisadiyyatı” kitabını təqdim edir.

Kitabın müəllifi “Ətraf mühitin iqtisadiyyatı və mühafizəsi” kafedrasının dosenti Rövşən Həsənovdur.

Dərslikdə ətraf mühitin iqtisadiyyatının əsasları, ətraf mühitin iqtisadiyyatı fənninin predmeti, metodu, tədqiqat üsulları və və vəzifələri, təbiətdən istifadə qanunları və üsulları, atmosferin, hidrosferin, litosferin, biosferin quruluşu, strukturu, dünya təsərrüfat sisteminin formalaşmasında torpağın əhəmiyyəti, torpaqların iqtisadi-ekoloji qiymətləndirilməsi, aqrolandşaftların optimallaşdırılması, iqtisadiyyatın inkişafında məhsuldar qüvvələrin yerləşdirilməsinin yeri və rolu, təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi, təbii ehtiyatların istismarı zamanı ətraf mühitə dəyən zərərin hesablanması və digər aktual məsələlər haqqında geniş məlumat verilib. 

556 səhifəlik “Ətraf mühitin iqtisadiyyatı” kitabı “İqtisad Universiteti”  nəşriyyatında 2018-ci ildə çapdan çıxıb.

“Ətraf mühitin iqtisadiyyatı” kitabı ilə UNEC Library 24/7-yə gəlib tanış ola bilər, eləcə də UNEC-in bütün filial kitabxanalarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR