A

“UNEC Ekspert” elmi-publisistik jurnalının 2026-cı il üzrə ilk sayı işıq üzü görüb.

Jurnalın bu sayında geniş ictimai maraq doğuran “Azərbaycanda süni intellekt ekosisteminin formalaşması: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunmuş analitik məqalələr, təhlillər və ekspert rəyləri yer alıb.

Bununla yanaşı, nəşrdə UNEC-in uğurları, tədris və tədqiqat sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də universitetdə həyata keçirilən yeniliklər barədə materiallar təqdim olunub.

Universitetdə analitik düşüncə mühitinin formalaşdırılmasına, iqtisadi və sosial proseslərin elmi-analitik təhlilinə, həmçinin ictimai fikrin inkişafına mühüm töhfələr vermiş jurnal mövcud elmi-akademik və ictimai tələblər nəzərə alınaraq yenidən nəşr edilməyə başlanıb. 

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR