UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Maliyyə” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil alan tələbələri Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi nüfuzlu “Maliyyəçisən” yay təcrübə proqramında iştirak etmək hüququ qazanıblar.
Tələbələrin hər il böyük maraqla qatıldıqları proqramda ISE tələbələri öz bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər.
Təcrübə proqramı çərçivəsində tələbələr Mərkəzi Bankın fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, maliyyə sektorunda real iş mühitində praktiki təcrübə qazanacaq, əldə etdikləri nəzəri bilikləri tətbiq etmək və yeni peşəkar bacarıqlar formalaşdırmaq imkanı əldə edəcəklər.
Bu il “Maliyyəçisən” yay təcrübə proqramına seçilən ISE tələbələri:
- İlahə Məhərrəmova
- Zeynəb Abbasova
- Nəzrin Məhərrəmova
- Hüseyn İsayev
- Əbülfəz İbrahimli
- Əli Niftəliyev