24 avqust - 5 sentyabr 2026-cı il tarixlərində Hindistan Sertifikatlı Mühasiblər İnstitutu (ICAI) tərəfindən ITEC beynəlxalq təlim proqramı təşkil olunacaq.
Proqram audit, mühasibat uçotu, maliyyə və rəqəmsal transformasiya sahələrində beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Təlim iştirakçılara müasir yanaşmalar, qabaqcıl təcrübələr və peşəkar biliklərin artırılması istiqamətində imkanlar təqdim edəcək.
Proqram mühasibat uçotu, audit, maliyyə və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, müəllimlər, tədqiqatçılar və müvafiq sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.