Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu elan olunur.
UDİD proqramı tələbələrə əsas ixtisasları ilə yanaşı, ikinci ixtisas üzrə də təhsil alaraq 4 il ərzində iki bakalavr diplomu əldə etmək imkanı yaradır. Proqram məzunların peşəkar bilik və bacarıqlarını genişləndirir, onların əmək bazarında rəqabət qabiliyyətini artırır və karyera imkanlarını genişləndirir.
UDİD proqramına müraciət şərtləri
- UNEC-in I kurs tələbəsi olmaq;
- Ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 71–100bal arasında olması.
Təklif olunan ikinci ixtisaslar
- Maliyyə
- Mühasibat
- Beynəlxalq ticarət və logistika
- Biznesin idarə edilməsi
- Menecment
- Marketinq
- İqtisadiyyat
- Statistika
Tədris dilləri
Proqram üzrə təhsil Azərbaycan, rus, ingilis və türk dillərində həyata keçirilir. Tələbələr birinci ixtisaslarının tədris dilindən fərqli tədris dilini də seçə bilərlər.
Tələb olunan sənədlər
- UNEC rektorunun adına ərizə;
- Akademik transkript.
Qeydiyyat müddəti: 30 iyun-15 avqust
Əlaqə: (012) 492 66 55; (055) 886 63 10
📍 Ünvan: UNEC, Əsas tədris binası, otaq 127