×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fakültənin fəal tələbələri Hədəf kurslarının Əhmədli filialında abituriyentlərlə görüş keçiriblər.

Görüş zamanı iştirakçılara UNEC-in infrastrukturu, Maliyyə və mühasibat fakültəsində tədris olunan ixtisaslar, universitetdə tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris və imtahan prosesinin təşkili barədə ətraflı məlumat verilib.

Eyni zamanda, UNEC-də həyata keçirilən təqaüd imkanları, tələbə mübadiləsi və beynəlxalq ikili diplom proqramları, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti, tələbə təşkilatları və universitetin təqdim etdiyi digər imkanlar abituriyentlərin diqqətinə çatdırılıb.

Abituriyentlər universitet mühiti ilə yaxından tanış olmaq məqsədilə “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR